Bazar, 30 Avqust, 2026
Tarix: 06 Aug 2026 08:56
ABŞ və Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsi sahəsində əməkdaşlıq son aylarda əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Bu barədə "Politico" məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ Senatının Kəşfiyyat Komitəsinin yüksəkvəzifəli üzvü Mark Uorner bildirib ki, mart ayında Ağ Evin məlumat mübadiləsini qısa müddətə dayandırmasından sonra tərəflər arasında əməkdaşlıq bərpa olunub və daha da güclənib.
Onun sözlərinə görə, bu əməkdaşlıq, eləcə də Ukraynanın uzaqmənzilli pilotsuz uçuş aparatlarından səmərəli istifadə etməsi Kiyevin döyüş meydanındakı mövqeyini gücləndirib.
ABŞ Ukrayna kəşfiyyat
Mənbə: apa.az