Rəsmi Kiyev: ABŞ nümayəndə heyətinin Ukraynaya səfərini gözləyirik

Rəsmi Kiyev: ABŞ nümayəndə heyətinin Ukraynaya səfərini gözləyirik

Tarix: 06 Aug 2026 13:32

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üzrə sülh danışıqlarını bərpa etmək məqsədilə Ukraynaya səfər edəcək.

"RBK-Ukrayna" xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andriy Sibiha bildirib.

Onun sözlərinə görə, hazırda ABŞ tərəfdaşlarının iştirakı ilə aparılan sülh danışıqları müvəqqəti dayanıb.

“ABŞ-ın danışıqlar üzrə nümayəndə heyətinin Ukraynaya səfərini gözləyirik. Amerika tərəfinin səylərini alqışlayırıq və ABŞ-ın bu prosesdə daha fəal iştirakını və dinamikanın artmasını istəyirik”, – nazir vurğulayıb.

İlqar Xudiyev Sibiqa Rusiya-Ukrayna sülh danışıqları ABŞ

Mənbə: apa.az

Xəbər Lenti