Ceyhun Bayramov Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik irsinə aid arxiv sənədləri ilə tanış olub

Ceyhun Bayramov Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik irsinə aid arxiv sənədləri ilə tanış olub

Tarix: 06 Aug 2026 15:12

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Xarici İşlər Nazirliyində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) bu ölkədəki diplomatik fəaliyyətini əks etdirən arxiv sənədləri ilə tanış olub.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" səhifəsində məlumat yayıb.

Bildirilib ki, nazirə 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynadakı diplomatik missiyasının (komissarlığının) fəaliyyəti, eləcə də həmin dövrdə Azərbaycan və Ukrayna arasında diplomatik münasibətləri əks etdirən arxiv materialları təqdim edilib.

Nazirə nümayiş etdirilən materiallar arasında tarixi sənədlər, rəsmi yazışmalar, həmçinin həmin dövrdə Azərbaycan və Qafqaz regionuna dair hazırlanmış hesabatlar da yer alıb.

İlqar Xudiyev Ceyhun Bayramov Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan Xalq Cümhuriyyəti

Mənbə: apa.az

Xəbər Lenti