Zelenski: Norveç Ukraynaya HHM vasitələrinin tədarükünə kömək etməyə hazırdır

Zelenski: Norveç Ukraynaya HHM vasitələrinin tədarükünə kömək etməyə hazırdır

Tarix: 06 Aug 2026 17:34

Norveç Ukraynaya Hava Hücumundan Müdafiə vasitələrinin tədarükü və ballistik təhdidlərə qarşı mübarizədə dəstək göstərməyə hazırdır.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, bu məsələ Norveçin Baş naziri Yonas Qar Störe ilə müzakirə olunub.

Zelenski qeyd edib ki, tərəflər avqust ayı üzrə birgə fəaliyyətin əlaqələndirilməsi və strateji tərəfdaşlıq çərçivəsində yeni razılaşmaların hazırlanmasını da müzakirə ediblər.

Ukrayna Prezidenti Zelenski HHM

Mənbə: apa.az

Xəbər Lenti