Ceyhun Bayramov Zelenskinin Ofisinin rəhbəri Budanovla regional və beynəlxalq vəziyyəti müzakirə edib

Ceyhun Bayramov Zelenskinin Ofisinin rəhbəri Budanovla regional və beynəlxalq vəziyyəti müzakirə edib

Tarix: 06 Aug 2026 19:51

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri zamanı Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanovla görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Tərəflər Azərbaycan və Ukrayna arasında intensiv siyasi dialoqu və yüksək səviyyəli təmasları yüksək qiymətləndirib, ikitərəfli münasibətlərin gələcək inkişafına verilən töhfələri vurğulayıblar.

Ceyhun Bayramov Budanovla siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib.

Görüşdə təhlükəsizlik sahəsində yaranmış regional və beynəlxalq vəziyyət, mövcud geosiyasi hadisələr və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan və Ukrayna arasında qarşılıqlı maraq doğuran sahələrdə qarşılıqlı fəaliyyətin və praktiki əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini də təsdiqləyiblər.

Ceyhun Bayramov Kirill Budanov

Mənbə: apa.az

Xəbər Lenti