Cümə, 7 Avqust, 2026
Tarix: 06 Aug 2026 21:15
ABŞ Kubanı hədəf alan sanksiya siyahılarına beş qurum və səkkiz şəxsi, o cümlədən Respublikanın Rusiyadakı hərbi attaşesini əlavə edib.
APA xəbər verir ki, müvafiq məlumatlar ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında dərc olunub.
Sənədə görə, sanksiyaların hədəfində olan şəxslər arasında Monika Milian Qomez də var.
Kubanın Rusiyadakı səfirliyinin internet saytında onun hərbi, dəniz və hava qüvvələri attaşesi olduğu bildirilir. Bundan əlavə, Kubanın Çindəki hərbi attaşesi Valdo Perez Kortesə də məhdudiyyətlər tətbiq edilib.
Sanksiyalar siyahısına daxil olan hüquqi şəxslərə Yuri Qaqarin Hərbi Sənaye Müəssisəsi, “Tecnotex”, “Tecnoimport”, “Duna” və “UIM” kimi qurumlar da daxildir ki, onların hamısı Havanada qeydiyyatdan keçib.
ABŞ Rusiya SanksiyaMənbə: apa.az