Cümə, 7 Avqust, 2026
Tarix: 06 Aug 2026 22:16
Almaniya hüquq-mühafizə orqanları ölkənin qərbindəki Hökster və Bottrop (Şimali Reyn-Vestfaliya) şəhərlərində iki İraq vətəndaşını terror şübhəsi ilə saxlayıb.
APA xəbər verir ki, bu barədə DPA xəbər agentliyi Düsseldorf prokurorluğuna istinadən məlumat yayıb.
Polis 29 və 46 yaşlı kişiləri xarici terror təşkilatına mənsub olmaqda ittiham edir. Müstəntiqlər şübhəlilərin azı 2015-ci ilin ortalarından 2016-cı ilin sonlarına qədər İŞİD sıralarında döyüşdüyünə inanırlar.
"Neue Westfälische" qəzetinin məlumatına görə, saxlanılanlar arasında 29 yaşlı daha bir qadın da var.
Prokurorluğun sözçüsü şübhəlilər üçün artıq həbs qətimkan tədbirinin seçildiyini təsdiqləyib.
Almaniya Federal Cinayət Polis İdarəsi (BKA) kəşfiyyat məlumatları sayəsində şübhəlilərin izinə düşüb. Mənzillərində axtarışlar zamanı mobil telefonlar və noutbuklar müsadirə edilib.
Almaniyada planlaşdırılan hər hansı terror aktı olduğuna dair heç bir əlamət yoxdur.
Almaniya terrorMənbə: apa.az