Dəməşqdə partlayış olub, 2 nəfər ölüb, 13 nəfər yaralanıb - YENİLƏNİB

Dəməşqdə partlayış olub, 2 nəfər ölüb, 13 nəfər yaralanıb - YENİLƏNİB

Tarix: 06 Aug 2026 23:59

Paytaxt Dəməşq yaxnlığında baş vermiş partlayış nəticəsində 2 nəfər həlak olub, 13 nəfər yaralanıb.

Bu barədə Türkiyənin “Anadolu” agentliyi hüquq mühafizə orqanlarına istinadən məlumat yayıb.

***

21:38

Suriyada paytaxt Dəməşqin Cəramana bölgəsində partlayış olub, ölən və yaralananların olduğu bildirilir.

APA xəbər verir ki, bu barədə “Al-Ikhbariya” telekanalı məlumat yayıb.

Məlumata görə, druzların yaşadığı ərazidə mikroavtobusa yerləşdirilmiş partlayıcı qurğu işə düşüb.

Ölən və yaralananların dəqiq sayı haqda məlumat verilməyib.

https://t.me/apa_az/124072

Suriya Dəməşq

Mənbə: apa.az

Xəbər Lenti