Yəməndə husilərlə hökumət qüvvələri arasında gərginlik artır

Yəməndə husilərlə hökumət qüvvələri arasında gərginlik artır

Tarix: 07 Aug 2026 06:12

İranın dəstəklədiyi husi qüvvələri Yəmənin Mərib və Hadramut əyalətlərində hökumət ordusunun hərbi düşərgələrinə raket və pilotsuz uçuş aparatları ilə hücum edib.

APA xəbər verir ki, hücum nəticəsində azı 30 hökumət əsgəri həlak olub, 50-dən çox hərbçi yaralanıb.

Bu hadisə 2022-ci il atəşkəsindən bəri Yəməndə baş verən ən ciddi eskalasiyalardan biri hesab olunur və regionda yeni hərbi gərginlik riskini artırır.

Mənbə: apa.az

Xəbər Lenti