Cümə, 7 Avqust, 2026
Tarix: 07 Aug 2026 09:19
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
“APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,33 dollar və ya 2,56% artaraq 93,37 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 91,04 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Emil İsmayılov Azərbaycan nefti Azeri LightMənbə: apa.az