Cümə, 7 Avqust, 2026
Tarix: 07 Aug 2026 10:37
Husilər Səudiyyə Ərəbistanının cənubundakı Nəcran bölgəsinə zərbə endirib.
“Arab News” xəbər verir ki, Birgə Qüvvələr Komandanlığının məlumatına görə, husilər tərəfindən yaşayış məntəqələrinə atılan mərmilər nəticəsində 11 mülki şəxsi, o cümlədən 7 Səudiyyə Ərəbistanı vətəndaşı, 1 yəmənli, 2 misirli və 1 Pakistan vətəndaşı xəsarət alıb.
Nəcran istiqamətindəki hücumdan bir neçə saat əvvəl husilər Yəmənin Mərib və Hədrəməut əyalətlərində hökumət qüvvələrinin hərbi düşərgələrinə genişmiqyaslı raket və pilotsuz uçuş aparatları ilə zərbələr endiriblər.
Yerli mənbələrə istinadən bildirilir ki, həmin hücumlar nəticəsində azı 58 hökumət hərbçisi həlak olub, onlarla hərbçi yaralanıb. Bu, 2022-ci ildən bəri Yəmən hökumət qüvvələrinə qarşı həyata keçirilən ən ölümcül hücum hesab olunur.
***
02:53
Yəmənin husilərin Səudiyyə Ərəbistanının Nəcran şəhərinə hücumu nəticəsində bir qadın və dörd yaşlı uşaq da daxil olmaqla 11 nəfər yaralanıb.
APA xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın sözçüsü briqada generalı Turki əl-Maliki bildirib.
“Cümə axşamı günü Nəcran bölgəsində husilərin terror hücumları nəticəsində 11 mülki şəxs yaralanıb. Onlardan yeddisi Səudiyyə vətəndaşıdır. Hadisə zamanı bir qadın və dörd yaşlı uşaq ikinci dərəcəli yanıq xəsarətləri alıb. Bir yəmənli, iki misirli və bir pakistanlı da yaralanıb”, - əl-Maliki bildirib.
İlqar Xudiyev Səudiyyə Ərəbistanı husi YəmənMənbə: apa.az