Gürcüstanda xəsarət almış şəxs 3,425 manat sığorta ödənişi alıb

Gürcüstanda xəsarət almış şəxs 3,425 manat sığorta ödənişi alıb

Tarix: 07 Aug 2026 10:17

Bəzən fikirləşirik ki, yola çıxanda heç nə olmaz, lakin hadisələr qapını döymədən gəlir.

“PAŞA Sığorta” Gürcüstanda baş vermiş xoşagəlməz hadisəyə görə müştərisinin tibbi xərclərini ödəyib.

Bu barədə "APA-Economics"ə şirkətdən məlumat verilib.

Belə ki, sığortalı müştəri sol bud sümüyünün sınığı diaqnozu ilə klinikaya yerləşdirilərək əməliyyat olunub və bu hadisə üzrə 3,425 manat məbləğində tibbi xərclər qarşılanıb.

Xatırladaq ki, 2026-cı il yanvarın 1-dən etibarən Gürcüstana səfər edən şəxslər üçün səyahət sığortası mütləqdir. “PAŞA Sığorta” şirkətində səyahət sığortasını heç bir ofisə getmədən, cəmi 2-3 dəqiqə ərzində ONLAYN şəkildə almaq olar. Səyahət sığortası yalnız tələb deyil, həm də xaricdə yarana biləcək gözlənilməz tibbi xərcləri qarşılayan əhəmiyyətli dəstəkdir.

APA-Economics PAŞA Sığorta Gürcüstan sığorta

Mənbə: apa.az

Xəbər Lenti