Cümə, 7 Avqust, 2026
Tarix: 07 Aug 2026 10:04
Tailandın paytaxt Banqkokun şimalında yerləşən Nontxaburi əyalətindəki məktəbdə baş verən silahlı insident nəticəsində 7 nəfər həlak olub, 15 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə "Khaosod" qəzeti məlumat yayıb.
Məlumata görə, hadisəni törədən şagird sonra intihar edib.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.
Mənbə: apa.az