Cümə, 7 Avqust, 2026
Tarix: 07 Aug 2026 11:22
Avqustun 7-nə keçən gecə Rusiyanın ilhaq etdiyi Krım yarımadasındakı "Qvardeyskoye" hərbi aerodromunda bir neçə güclü partlayışdan sonra böyük yanğın başlayıb.
Bu barədə “RBK-Ukrayna” "Krımski Veter" Telegram kanalına istinadən məlumat yayıb.
Məlumata görə, aerodrom ərazisində eyni vaxtda iki yanğın ocağı qeydə alınıb.
Son məlumata əsasən, obyektin ərazisində yanacaq-sürtkü materialları anbarı yanır. Ərazidə sursatların detonasiyası da davam edir.
Qeyd olunur ki, Rusiya ordusu bu aerodromdan zərbə pilotsuz uçuş aparatlarını buraxmaq üçün istifadə edir.
İlqar Xudiyev "Qvardeyskoye" hərbi aerodromunda yanğın Krım Rusiya UkraynaMənbə: apa.az