Cümə, 7 Avqust, 2026
Tarix: 07 Aug 2026 11:14
Rusiya ordusu Ukraynanın Sumı vilayətində bazara pilotsuz uçuş aparatı ilə zərbə endirib.
APA xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov "Telegram" kanalında məlumat yayıb.
“Hazırda 10 nəfərin yaralandığı məlumdur. Onlardan ikisinin vəziyyəti ağırdır”, –Qriqorov bildirib.
Onun sözlərinə görə, yaralılara tibbi yardım göstərilir, zərərçəkənlərin xəstəxanaya çatdırılması davam edir.
İlqar Xudiyev Ukrayna Rusiya Sumıda bazara zərbəMənbə: apa.az