Cümə, 7 Avqust, 2026
Tarix: 07 Aug 2026 11:55
Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyası zamanı təsdiqlənmiş yoluxma hallarının sayı 4 mini keçib.
“Reuters” xəbər verir ki, bu barədə ölkə hökumətinin açıqladığı son statistikada bildirilir.
Məlumata görə, hazırda ölkədə ümumilikdə 4 053 yoluxma qeydə alınıb. Onlardan 1850 nəfər həyatını itirib.
Qeyd edək ki, hazırkı epidemiya dünyada qeydə alınan ikinci ən böyük Ebola epidemiyası hesab olunur və ən sürətlə yayılan epidemiyalardan biri kimi qiymətləndirilir.
İlqar Xudiyev Konqo Ebola yoluxmalarının sayıMənbə: apa.az