Xameneinin hərbi müşaviri: İran Hörmüz boğazında ikinci marşrutun açılmasına icazə verməyəcək

Xameneinin hərbi müşaviri: İran Hörmüz boğazında ikinci marşrutun açılmasına icazə verməyəcək

Tarix: 07 Aug 2026 13:46

Hörmüz boğazında ikinci marşrutun açılmasına icazə verməyəcəyik.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Ali Rəhbərinin hərbi müşaviri Möhsün Rezai “X” hesabında bildirib.

Onun sözlərinə görə, mühasirənin davam etdirilməsi ABŞ gəmiləri və hərbi qüvvələri üçün ciddi təhlükələr və itkilər yarada bilər.

“ABŞ davranışını dəyişməlidir. Əks halda biz bu vəziyyətə dözməyəcəyik”, – Rezai qeyd edib.

O vurğulayıb ki, İran Hörmüz boğazında ikinci marşrutun açılmasına heç vaxt icazə verməyəcək.

Haşim Rahimi

Mənbə: apa.az

Xəbər Lenti