Aİ Rusiyanın hərbi-sənaye kompleksinə qarşı yeni sanksiyalar tətbiq edib

Aİ Rusiyanın hərbi-sənaye kompleksinə qarşı yeni sanksiyalar tətbiq edib

Tarix: 07 Aug 2026 13:05

Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya son hava hücumlarına cavab olaraq yeni sanksiyalar qəbul edib.

APA xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas “X”-də bildirib.

Məlumata görə, yeni sanksiyalar Rusiyanın hərbi-sənaye kompleksində fəaliyyət göstərən beş fiziki şəxsi hədəf alır.

Paylaşımda vurğulanıb ki, Ukraynaya qarşı həyata keçirilən hər yeni hücum Rusiyaya təzyiqlərin daha da artırılması üçün əsas yaradır.

İlqar Xudiyev Aİ Rusiyaya qarşı sanksiyalar Ukrayna Kallas

Mənbə: apa.az

Xəbər Lenti