Rusiya Odessadakı "Çernomorets" stadionuna zərbə endirib: arenaya ziyan dəyib, bir nəfər yaralanıb - VİDEO

Rusiya Odessadakı "Çernomorets" stadionuna zərbə endirib: arenaya ziyan dəyib, bir nəfər yaralanıb - VİDEO

Tarix: 07 Aug 2026 17:18

Avqustun 7-də Rusiya ordusu Odessaya raket zərbəsi endirib.

Ukrayna mediasının xəbərinə görə, hücumun hədəflərindən biri "Çernomorets" şəhər stadionu olub.

Zərbə nəticəsində stadionun binasının konstruksiyasına ziyan dəyib, stadionun ətrafında yanğın baş verib.

İlkin məlumata görə, ən azı bir nəfər xəsarət alıb.

https://t.me/apa_az/124111

Mənbə: apa.az

Xəbər Lenti