Cümə, 7 Avqust, 2026
Tarix: 07 Aug 2026 18:19
Rusiyaya məxsus pilotsuz uçuş aparatları Qara dənizdə Almaniya şirkətinə məxsus yük gəmisinə hücum edib.
Bu barədə “Bild” nəşri məlumat yayıb.
Məlumata görə, Liberiya bayrağı altında üzən, lakin Hamburqda yerləşən “Johann M. K. Blumenthal” gəmiçilik şirkətinə məxsus “Emil” quru yük gəmisi Odessa limanından təxminən 21 dəniz mili (39 kilometr) aralıda olarkən bir neçə Rusiya dronunun hücumuna məruz qalıb.
Hücum nəticəsində gəmidə yanğın başlayıb, bir sıra texniki sistemlər sıradan çıxıb və gəmi manevr etmək imkanını itirib. Ekipaj təxliyə olunarkən daha bir zərbə endirildiyi bildirilir.
İlkin məlumata görə, 11 nəfərlik ekipaj üzvləri arasında xəsarət alan olmayıb.
Rusiya Müdafiə Nazirliyi zərbəyə məruz qalan gəmilərin Ukrayna ordusu üçün hərbi təyinatlı yüklər daşıdığını iddia edib.
İlqar Xudiyev Almaniya yük gəmisinə zərbə Rusiya Qara dənizMənbə: apa.az