Şənbə, 8 Avqust, 2026
Tarix: 08 Aug 2026 12:01
"Vaşinqton Sammitində əldə olunan razılaşmaların birinci ildönümündə sülhə doğru bu tarixi addımı atan liderlərin siyasi iradəsini yüksək qiymətləndiririk".
APA xəbər verir ki, bu, Vaşinqton Sammitində əldə olunan razılaşmaların birinci ildönümü ilə bağlı Böyük Britaniyanın Bakıdakı Səfirliyinin bəyanatında qeyd olunub.
"Davamlı dialoq və əməkdaşlıq gələcək nəsillər üçün təhlükəsiz və firavan regionun qurulmaşı baxımından vacibdir.
Böyük Britaniya uzunmüddətli və davamlı sülhə nail olmaq üçün göstərilən səyləri dəstəkləməyə davam edəcək", - bəyanatda bildirilib.
Mənbə: apa.az