Şənbə, 8 Avqust, 2026
Tarix: 08 Aug 2026 18:44
Avropa İttifaqı (Aİ) Azərbaycan-Ermənistan sülh prosesinin irəlilədilməsi istiqamətində son bir ildə atılan müsbət və konstruktiv addımları alqışlayıb.
APA xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono “X” hesabında 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sammitinin birinci ildönümü ilə bağlı paylaşım edilib.
“Bu gün Azərbaycan, Ermənistan və ABŞ liderlərinin 8 avqust 2025-ci ildə keçirilmiş tarixi Vaşinqton Sammitinin birinci ildönümüdür. Aİ həmin vaxtdan etibarən sülh prosesinin daha da institusionallaşdırılması və irəlilədilməsi istiqamətində atılan bir sıra müsbət və konstruktiv addımları qətiyyətlə alqışlayır”, – paylaşımda bildirilib.
Mənbə: apa.az