Bazar ertəsi, 10 Avqust, 2026
Tarix: 10 Aug 2026 11:04
Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana təşəkkür edib.
APA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin sosial media hesabında paylaşımında deyilir:
"Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi".
https://x.com/azpresident/status/2086708929107783796
Prezident İlham Əliyev İran Məsud Pezeşkian
Mənbə: apa.az