İran XİN: Əraqçi və Qalibaf Pakistana səfər edəcək

İran XİN: Əraqçi və Qalibaf Pakistana səfər edəcək

Tarix: 10 Aug 2026 12:25

İran və Pakistan ikitərəfli münasibətlərin hərtərəfli inkişafını davam etdirir. APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü brifinqdə bildirib.

O qeyd edib ki, xarici işlər naziri Abbas Əraqçi və parlamentin sədri Məhəmməd Baqer Qalibafın Pakistana səfərləri üçün dəvət məktubları daxil olub və bu səfərlər münasib vaxtda həyata keçiriləcək.

Bəqai deyib ki, xüsusilə son aylarda Tehran və İslamabad arasında ikitərəfli münasibətlər daha böyük əhəmiyyət qazanıb və iki qonşu ölkə arasında qarşılıqlı səfərlər və görüşlər tamamilə təbiidir.

Haşim Rahimi Abbas Əraqçi Məhəmməd Baqer Qalibaf

Mənbə: apa.az

Xəbər Lenti