Bazar ertəsi, 10 Avqust, 2026
Tarix: 10 Aug 2026 15:37
Zaporojyedə baş verən hava zərbəsi nəticəsində xəsarət alanların sayı 24 nəfərə yüksəlib. APA xəbər verir ki, Vilayət Hərbi Administrasiyasının məlumatına görə, xəsarət alanlar arasında iki uşaq da var.
****
15:02
Rusiya ordusu Ukraynanın Zaporojye şəhərinə idarəolunan aviasiya bombası ilə zərbə endirib, nəticədə biri uşaq olmaqla 18 nəfər xəsarət alıb.
Bu barədə “RBC-Ukrayna” Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorova istinadən məlumat yayıb.
Məlumata görə, zərbə nəticəsində avtomobillər yanıb, fərdi yaşayış evinə ziyan dəyib.
İlqar Xudiyev Rusiya ordusu Ukrayna Zaporojyeyə zərbəMənbə: apa.az