Bazar ertəsi, 10 Avqust, 2026
Tarix: 10 Aug 2026 15:00
Moldova Xarici İşlər Nazirliyi ölkə ərazisinə pilotsuz uçuş aparatının düşməsi ilə bağlı Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırır.
APA xəbər verir ki, Moldova XİN-in məlumatına görə, qərar avqustun 9-da Ştefan-Voda rayonunun Krokmaz yaşayış məntəqəsi yaxınlığında dronla bağlı baş vermiş insidentdən sonra qəbul edilib.
Məlumata görə, “dron-raket” olduğu ehtimal edilən PUA meşə zolağında ağacla toqquşaraq təxminən 2,5 metr hündürlükdə partlayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin partlayışın qalıqları bir neçə fərdi yaşayış evinə ziyan vurub.
Moldova XİN hadisəni ölkənin suverenliyi və ərazi bütövlüyünün ciddi şəkildə pozulması kimi qiymətləndirib.
İlqar Xudiyev Moldova Rusiya dronla bağlı insidentMənbə: apa.az