Bəqai: Ukrayna Xəzərdə gəmiyə hücum zamanı İrana vurduğu ziyanı ödəməlidir

Bəqai: Ukrayna Xəzərdə gəmiyə hücum zamanı İrana vurduğu ziyanı ödəməlidir

Tarix: 10 Aug 2026 15:52

Ukrayna Xəzər dənizində gəmiyə hücum zamanı İrana vurduğu ziyanı könüllü şəkildə ödəməlidir. Əks təqdirdə, buna özümüz nail olacağıq.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

İran XİN sözçüsü qeyd edib ki, Ukrayna rəsmilərinin etirafından sonra dəymiş zərər mütləq şəkildə kompensasiya edilməlidir: “Hələ də bildiririk ki, Ukrayna tərəfinin bu hadisənin təsadüfən baş verdiyinə dair iddiaları bizi inandırmadı. Biz onların izahatlarını dinlədik, lakin Ukrayna tərəfinin bəyanatlarına əsasən, onlar dəymiş ziyanı ödəməyə borcludurlar”.

Haşim Rahimi Xəzər dənizi İran Xarici İşlər Nazirliyi İsmayıl Bəqai

Mənbə: apa.az

Xəbər Lenti