Bazar ertəsi, 10 Avqust, 2026
Tarix: 10 Aug 2026 17:24
Bolqarıstanın xarici işlər naziri Velislava Petrova Ukraynanın ölkədəki səfiri Olesya İlaşçuka ölkənin hava məkanına hər hansı icazəsiz müdaxilənin qəbuledilməz olduğunu bildirib.
APA xəbər verir ki, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyinin saytında yayılan açıqlamada qeyd olunub.
İlaşçuk avqustun 8-də Bolqarıstan ərazisinə PUA-nın düşməsi ilə bağlı insidentdən sonra Xarici İşlər Nazirliyinə çağırılıb.
Məlumata görə, PUA Rumıniya sərhədi yaxınlığında Trans-Balkan qaz kəmərinin kompressor stansiyalarının yaxınlığında partlayıb.
Bolqarıstan XİN hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildirib. Nazirlik ölkənin hava məkanının pozulmasına yol verilməyəcəyini vurğulayıb.
İlqar Xudiyev Bolqarıstan Ukrayna dronla bağlı insidentMənbə: apa.az