Kolumbiyada güclü zəlzələ baş verib, dağıntılar altında qalanların olduğu bildirilir - YENİLƏNİB

Kolumbiyada güclü zəlzələ baş verib, dağıntılar altında qalanların olduğu bildirilir - YENİLƏNİB

Tarix: 10 Aug 2026 18:30

Kolumbiyanın qərbində baş verən 7,4 bal gücündə zəlzələnin fəsadları ilə bağlı yeni məlumatlar yayılıb. Kalidə zəlzələ nəticəsində azı 20 binanın dağıldığı, bəzi insanların isə dağıntılar altında qaldığı bildirilir.

APA xəbər verir ki, bu barədə şəhər meri məlumat verib.

Xilasetmə və fövqəladə hallar xidmətləri dağıntılar altında qalan insanların axtarışını davam etdirir.

Hadisənin miqyası və zərərçəkənlərin sayı dəqiqləşdirilir.

***

17:17

Kolumbiyanın qərbində bazar ertəsi 7,4 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Çoko departamentindəki San-Xose-del-Palmar şəhərində, Boqotadan təxminən 280 kilometr məsafədə olub.

İlkin məlumatlara görə, ciddi dağıntı və tələfat qeydə alınmayıb.

İlqar Xudiyev Kolumbiya zəlzələ

Mənbə: apa.az

Xəbər Lenti