Bazar ertəsi, 10 Avqust, 2026
Tarix: 10 Aug 2026 19:21
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının (Aİ) Türkiyə ilə münasibətlərdə Gömrük İttifaqının yenilənməsi və viza liberallaşdırılması istiqamətində addımlar atmasının vacib olduğunu bildirib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, o, bu barədə Avstriya Kansleri ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında danışıb.
Türkiyə lideri Aİ-nin bu istiqamətdə atacağı addımların həm Türkiyənin, həm də Avropanın maraqlarına xidmət edəcəyini vurğulayıb.
Dəryanur Cəfərova Ərdoğan Aİ
Mənbə: apa.az