Bazar ertəsi, 10 Avqust, 2026
Tarix: 10 Aug 2026 20:28
İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei ayrı-ayrı sərəncamlarla 6 yüksək rütbəli hərbçini Silahlı Qüvvələrdə rəhbər vəzifələrə təyin edib.
APA-nın Tehran bürosunun məlumatına görə, general-mayor, pilot Əli Abdullahi Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Kiyomərs Heydəri isə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini təyin olunub.
Bundan başqa general-mayor Əhməd Vahidi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı vəzifəsinə, general-mayor Mustafa İzyidi isə SEPAH-ın baş komandanının müavini vəzifəsinə təyinat alıb.
Digər sərəncamlara əsasən, SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanlığı admiral Əli Azməyə, “Bəsic” qüvvələrinin rəhbərliyi isə Hüseyn Taibə həvalə olunub.
Haşim Rahimi İran silahlı qüvvələr komandan XameneiMənbə: apa.az