Ukrayna ordusuna məxsus MiQ-29 qırıcısı qəzaya uğrayıb

Ukrayna ordusuna məxsus MiQ-29 qırıcısı qəzaya uğrayıb

Tarix: 10 Aug 2026 22:06

Odessa vilayətində Ukrayna ordusuna məxsus MiQ-29 qırıcısı qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumata görə, hadisə avqustun 10-da döyüş tapşırığının yerinə yetirilməsi zamanı baş verib. Pilot katapult edərək xilas olub və tibbi müəssisəyə təxliyə edilib.

İlkin məlumata əsasən, aviasiya raketinin buraxılması zamanı yaranan texniki nasazlıq nəticəsində təyyarə alışıb və pilot idarəetməni itirib.

Mənbə: apa.az

Xəbər Lenti