Etna vulkanının püskürməsi səbəbilə Kataniya hava limanının bağlı qalma müddəti uzadılıb

Etna vulkanının püskürməsi səbəbilə Kataniya hava limanının bağlı qalma müddəti uzadılıb

Tarix: 10 Aug 2026 22:56

Siciliyadakı Etna vulkanının püskürməsi və atmosferə vulkan külünün atılması səbəbilə Kataniya hava limanının bağlı qalma müddəti uzadılıb.

APA xəbər verir ki, bütün uçuşlar və hava limanına enişlər avqustun 11-i yerli vaxtla saat 06:00-dək təxirə salınıb.

İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatına görə, Etna vulkanının Voracine kraterində intensiv və fasiləsiz partlayış aktivliyi davam edir.

Vulkanın külü cənub-cənub-qərb istiqamətində yayılır, iki püskürmə ocağından isə lava axınları çıxır.

Etna vulkan

Mənbə: apa.az

Xəbər Lenti