Çərşənbə axşamı, 11 Avqust, 2026
Tarix: 11 Aug 2026 00:59
ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının minalardan tamamilə təmizləndiyini bildirib.
APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Trampın sözlərinə görə, Hörmüz boğazı İran limanlarına gedən gəmilər istisna olmaqla, bütün gəmilər üçün açıqdır.
"Bu, hər kəs üçün açıqdır. Bu, bir az çətindir, çünki onlar minaları atmağa davam edirlər. Biz həmin minaları tapırıq. Bilirsiniz, biz bütün boğazı təmizləmişik. Eşitməmisiniz, amma boğaza 100% nəzarət edirik", - Tramp deyib.
Tramp ABŞ Hörmüz minaMənbə: apa.az