Çərşənbə axşamı, 11 Avqust, 2026
Tarix: 11 Aug 2026 02:12
Avqustun 11-nə keçən gecə Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə hücum edib.
APA xəbər verir ki, şəhərdə güclü partlayış səsləri eşidilib və hava hücumu xəbərdarlığı elan olunub.
Kiyev şəhər administrasiyasının məlumatına görə, hücumdan sonra Şevçenko rayonunda anbar binalarında yanğın baş verib.
Əraziyə tibbi yardım briqadaları göndərilib. Ballistik raket təhlükəsinin davam etdiyi bildirilib.
Ukrayna Rusiya Kiyev
Mənbə: apa.az