Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 6301 nəfərə çatıb

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 6301 nəfərə çatıb

Tarix: 11 Aug 2026 03:01

Venesuelada iyunun 24-də baş verən 7,2 və 7,5 maqnitudalı güclü zəlzələlər nəticəsində ölənlərin sayı 6301 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə parlamentin sədri Xorxe Rodriges məlumat verib.

Onun sözlərinə görə, zəlzələlərdən sonra 6462 nəfər xilas edilib, 73356 nəfər isə xəstəxanalarda müalicə olunub.

Hakimiyyət 50 mindən çox yaşayış evini yoxlayıb. Onlardan 12411-i məhdud istifadəyə yararlı, 9567-si isə yüksək riskli hesab edilib.

Dağıntıların təmizlənməsi zamanı 483 min tondan çox tullantı ərazidən çıxarılıb.

Venesuela zəlzələ

Mənbə: apa.az

Xəbər Lenti