Çərşənbə axşamı, 11 Avqust, 2026
Tarix: 11 Aug 2026 10:32
Avrasiya İqtisadi İttifaqı (Aİİ) Ermənistanın dekabr ayınadək referendum keçirilməsi barədə qərar elan edəcəyini gözləyir.
APA xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
Qaluzinin sözlərinə görə, Ermənistanın referendumla bağlı mövqeyi Aİİ ölkələrinin dövlət başçılarının görüşündə nəzərə alınacaq.
“Aydındır ki, həmin vaxta qədər referendum çağırışına qulaq asılmasa, liderlər İrəvana münasibətdə müvafiq gələcək birgə addımları müəyyənləşdirərkən bu faktı nəzərə alacaqlar”, – Qaluzin qeyd edib.
İlqar Xudiyev Avrasiya İqtisadi İttifaqı Ermənistan referendum Rusiya
Mənbə: apa.az