Çərşənbə axşamı, 11 Avqust, 2026
Tarix: 11 Aug 2026 11:06
Moldovanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə avqustun 27-də Kişinyovda hərbi parad keçiriləcək.
APA xəbər verir ki, bu barədə Moldovanın müdafiə naziri Anatolie Nosatıy bildirib.
Onun sözlərinə görə, paradda 2 mindən çox hərbçi, hüquq-mühafizə əməkdaşı, veteran və xarici ölkələrin kontingentlərinin iştirakı gözlənilir.
Bundan əlavə, parad zamanı 100-dən çox hərbi və xüsusi texnika nümayiş etdiriləcək.
Eyni zamanda, Rumıniya, Ukrayna, Litva, İtaliya, Polşa, Fransa, Çexiya və ABŞ qruplarını Kişinyova göndərəcək.
İlqar Xudiyev Moldovada parad NATO UkraynaMənbə: apa.az