Çərşənbə axşamı, 11 Avqust, 2026
Tarix: 11 Aug 2026 12:18
Cənubi Afrika Respublikasının Rustenburq şəhəri yaxınlığında platin hasil edilən tərk edilmiş mədəndə uçqun baş verib.
EWN radiostansiyasının xəbərinə görə, uçqun nəticəsində azı 14 nəfər ölüb, çox sayda insan xəsarət alıb.
Məlumata görə, ölənlərin hamısı mədəndə qanunsuz şəkildə metal hasilatı ilə məşğul olublar. Polis onların arasında qeyri-qanuni miqrantların da olduğunu ehtimal edir.
Hadisə yerində xilasedicilər və istintaq əməkdaşları çalışır. Yaralılara ilkin tibbi yardım göstərilib. Xilasetmə və axtarış işləri davam etdirilir.
İlqar Xudiyev Cənubi Afrika mədəndə üçqunMənbə: apa.az