Ukrayna ordusu Rusiyanın “Buk-M3” kompleksini və PUA idarəetmə məntəqələrini vurub

Ukrayna ordusu Rusiyanın “Buk-M3” kompleksini və PUA idarəetmə məntəqələrini vurub

Tarix: 11 Aug 2026 13:15

Ukrayna Müdafiə Qüvvələri avqustun 11-də Rusiyanın “Buk-M3” kompleksini və PUA idarəetmə məntəqələrini vurub.

APA xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş qərargahı "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, Luqansk vilayətinin Topol yaşayış məntəqəsi yaxınlığında Rusiyaya məxsus “Buk-M3” zenit-raket kompleksi, Rusiya ərazisində Belqorod vilayətinin Terebreno kəndi yaxınlığında isə komanda-müşahidə məntəqəsi vurulub.

Bundan əlavə, Luqansk vilayətinin Rovənki şəhəri ərazisində Rusiya qüvvələrinin maddi-texniki təminat anbarlarının da hədəfə alındığı bildirilib.

İlqar Xudiyev Ukrayna ordusu Rusiya “Buk-M3” kompleksi PUA idarəetmə məntəqələri

Mənbə: apa.az

Xəbər Lenti