Çərşənbə axşamı, 11 Avqust, 2026
Tarix: 11 Aug 2026 14:16
Yəmənin husi qruplaşması Bab əl-Məndəb boğazında Səudiyyə Ərəbistanına məxsus ticarət gəmisinə raket zərbəsi endirib.
Bu barədə “Al Arabiya” məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində gəminin 3 ekipaj üzvü həlak olub. Onlardan ikisi Pakistan, biri isə İndoneziya vətəndaşıdır.
Yerli hərbi mənbələr gəminin adının “Tihama” olduğunu bildiriblər.
Hadisə Bab əl-Məndəb boğazında gəmiçiliyə qarşı hücumların intensivləşdiyi bir vaxtda baş verib.
İlqar Xudiyev gəmiyə raket zərbəsi husilər Səudiyyə ƏrəbistanıMənbə: apa.az