Qətər XİN: İran və Oman arasında Hörmüz boğazı üzrə danışıqlar  əhəmiyyətli dərəcədə irəliləyib

Qətər XİN: İran və Oman arasında Hörmüz boğazı üzrə danışıqlar əhəmiyyətli dərəcədə irəliləyib

Tarix: 11 Aug 2026 15:31

İran və Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqlar əhəmiyyətli dərəcədə irəliləyib.

Bu barədə “Al Jazeera” Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsariyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, danışıqlar hazırda həlledici mərhələdədir.

Doha regionda gərginliyin azaldılmasına yönəlmiş bütün səyləri dəstəkləyir.

“Vasitəçilər kimi biz Hörmüz boğazının mümkün qədər tez yenidən açılmasını istəyirik”, – əl-Ənsari bildirib.

İlqar Xudiyev İran və Oman danışıqları Hörmüz boğazı

Mənbə: apa.az

Xəbər Lenti