Husilər Bab əl-Məndəb boğazında Səudiyyə Ərəbistanı gəmisini raketlə vurub, 3 nəfər ölüb

Husilər Bab əl-Məndəb boğazında Səudiyyə Ərəbistanı gəmisini raketlə vurub, 3 nəfər ölüb

Tarix: 11 Aug 2026 14:16

Yəmənin husi qruplaşması Bab əl-Məndəb boğazında Səudiyyə Ərəbistanına məxsus ticarət gəmisinə raket zərbəsi endirib.

Bu barədə “Al Arabiya” məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində gəminin 3 ekipaj üzvü həlak olub. Onlardan ikisi Pakistan, biri isə İndoneziya vətəndaşıdır.

Yerli hərbi mənbələr gəminin adının “Tihama” olduğunu bildiriblər.

Hadisə Bab əl-Məndəb boğazında gəmiçiliyə qarşı hücumların intensivləşdiyi bir vaxtda baş verib.

İlqar Xudiyev gəmiyə raket zərbəsi husilər Səudiyyə Ərəbistanı

Mənbə: apa.az

Xəbər Lenti