Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

Tarix: 11 Aug 2026 17:40

Macarıstan parlamenti Ali Məhkəmənin keçmiş sədri Andraş Bakanı ölkənin yeni prezidenti seçib.

APA xəbər verir ki, Macarıstan parlamentinin rəsmi iclasında keçirilən səsvermənin gedişi Baş nazir Peter Maqyarın “YouTube”dakı rəsmi kanalında yayımlanıb.

Baka prezident seçkilərində yeganə namizəd olub və parlamentdə lazımi səs çoxluğunu əldə edib.

Andraş Baka 2009–2011-ci illərdə Macarıstan Ali Məhkəməsinin sədri vəzifəsində çalışıb.

İlqar Xudiyev Macarıstan prezident seçkisi parlamentdə səsvermə

Mənbə: apa.az

Xəbər Lenti