Çərşənbə axşamı, 11 Avqust, 2026
Tarix: 11 Aug 2026 16:59
ABŞ və İran Hörmüz boğazı ilə bağlı “müəyyən razılaşmaya” yaxındır.
Bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif “Bloomberg” agentliyinə bildirib.
“Vəziyyət yenidən sülh sazişinin və ya razılaşmanın əldə olunması istiqamətində inkişaf edir. Son iki-üç gün ərzində gələn siqnallar müəyyən xarakterli razılaşmaya yaxın olduğumuzu göstərir”, – o qeyd edib.
Xavaca Asif əlavə edib ki, davamlı sülhün əldə olunması Yaxın Şərq regionunun maraqlarına uyğun olardı.
Qeyd edək ki, Pakistan ABŞ və İran arasında münaqişənin nizamlanması prosesində vasitəçi kimi çıxış edir.
Bundan əvvəl Qətər XİN-dən bildirilib ki, İran və Oman arasında Hörmüz boğazı üzrə danışıqlar əhəmiyyətli dərəcədə irəliləyib.
İlqar Xudiyev ABŞ-İran danışıqları Hörmüz boğazı PakistanMənbə: apa.az