Çərşənbə axşamı, 11 Avqust, 2026
Tarix: 11 Aug 2026 19:30
Rusiyanın Zaporojyeyə endirdiyi ballistik zərbə nəticəsində “Zaporojstal” metallurgiya kombinatının fəaliyyəti tam dayandırılıb.
Bu barədə "RBK-Ukrayna" kombinatın məxsus olduğu “Metinvest” qrupunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, zərbə zamanı 7 müəssisə əməkdaşı ölüb, daha 21 nəfər yaralanıb.
Həlak olanların hamısının müəssisənin əməkdaşları olduğu bildirilib. Məlumata görə, onlar hava həyəcanı elan edildikdən dərhal sonra sığınacağa gedən zaman hücuma məruz qalıblar.
Hücum nəticəsində enerji infrastrukturu, əsas və yardımçı koks və domna və s. istehsalı sahələrizədələnib.
“Metinvest”in məlumatına görə, “Zaporojstal”ın fəaliyyəti tamamilə dayandırılıb, digər istehsal müəssisələri isə azaldılmış güclə işləyir.
Hazırda mütəxəssislər hücumun nəticələrini, müəssisənin fəaliyyətinin bərpası imkanlarını və bunun üçün tələb olunan müddəti qiymətləndirir, həmçinin qəza-bərpa işləri aparırlar.
İlqar Xudiyev Zaporojstal Rusiya Ukrayna
Mənbə: apa.az