ABŞ Azərbaycanda 2026-2027-ci illər üzrə maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb

ABŞ Azərbaycanda 2026-2027-ci illər üzrə maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb

Tarix: 11 Aug 2026 21:17

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2026-2027-cı illər üçün orta hesabla gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yeniləyib.

"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2027-ci ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 520 min barel səviyyəsində olacaq (proqnoz dəyişməyib).

EIA-nın ehtimalına görə, 2026-cı ildə ölkədə gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 550 min barel təşkil edəcək (proqnoz dəyişməyib).

Hesabata əsasən, Azərbaycanda qeyd olunan göstərici 2025-ci ildə 570 min barel təşkil edib. 2024-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 600 min barel olub.

Emil İsmayılov

Mənbə: apa.az

Xəbər Lenti