ABŞ-da 2026-cı il üzrə büdcə kəsiri proqnozu $200 milyard artırılıb

ABŞ-da 2026-cı il üzrə büdcə kəsiri proqnozu $200 milyard artırılıb

Tarix: 12 Aug 2026 01:35

ABŞ Konqresinin Büdcə İdarəsi 2026-cı il üzrə ölkənin büdcə kəsiri proqnozunu 200 milyard dollar artıraraq 2,1 trilyon dollara çatdırıb.

APA xəbər verir ki, bu barədə qurumun aylıq hesabatında bildirilib.

Qurum proqnozun artırılmasını gömrük xidmətlərinin idxal rüsumlarından gözləniləndən daha az gəlir əldə etməsi ilə əlaqələndirib.

Ümumilikdə, 2026-cı ildə gömrük rüsumları və digər ödənişlərdən əldə olunacaq gəlirin əvvəlki proqnozdan təxminən 250 milyard dollar az olacağı gözlənilir.

Bununla yanaşı, 2025-ci ilin oktyabrından 2026-cı ilin iyulunadək ABŞ federal hökumətinin xərcləri 6,2 trilyon dolları ötüb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 209 milyard dollar çoxdur. Artım əsasən sosial ödənişlərin həcminin yüksəlməsi ilə bağlıdır.

ABŞ büdcə kəsiri iqtisadiyyat

Mənbə: apa.az

Xəbər Lenti