Rusiyanın Sumıya endirdiyi zərbə nəticəsində bir nəfər ölüb

Rusiyanın Sumıya endirdiyi zərbə nəticəsində bir nəfər ölüb

Tarix: 12 Aug 2026 00:45

Rusiya hərbçiləri Ukraynanın Sumı şəhərinə dörd idarəolunan aviasiya bombası ilə zərbə endirib.

Bu barədə "RBK-Ukrayna" Sumı şəhərinin icra başçısı vəzifəsini icra edən Artem Kobzarın Telegram paylaşımına istinadən məlumat yayıb.

Məlumata görə, zərbələr şəhərin Zareçnı və Kovpakovski rayonlarına endirilib. Hadisə nəticəsində bir kişi həlak olub.

Bundan başqa, 20-dən çox fərdi yaşayış evinə və mülki infrastruktura ziyan dəyib.

Ukrayna Sumı Rusiya

Mənbə: apa.az

Xəbər Lenti