Rusiyanın Tobolskdakı ən böyük neft-kimya kompleksi dron hücumundan sonra fəaliyyətini dayandırıb

Rusiyanın Tobolskdakı ən böyük neft-kimya kompleksi dron hücumundan sonra fəaliyyətini dayandırıb

Tarix: 12 Aug 2026 02:32

Rusiyanın Tümen vilayətinin Tobolsk şəhərində yerləşən “Sibur-ZapSibNeftekhim” neft-kimya kompleksi dron hücumundan sonra fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb.

Bu barədə "Reuters" üç mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, müəssisə avqustun 10-da baş verən dron hücumu nəticəsində zərər görüb. Mənbələrdən biri Rusiyanın ən böyük mayeləşdirilmiş neft qazı istehsal müəssisəsi olan kompleksin qeyri-müəyyən müddətə fəaliyyətini dayandırdığını bildirib.

Hazırda mütəxəssislər obyektə dəymiş ziyanın miqyasını və hücumun mümkün nəticələrini qiymətləndirirlər.

Müəssisənin fəaliyyətindəki fasilə Sankt-Peterburq Beynəlxalq Əmtəə Birjasının məlumatlarında da özünü göstərib. Belə ki, avqustun 11-də Tobolsk məntəqəsindən göndərilmək üçün heç bir mayeləşdirilmiş qaz həcmi satışa çıxarılmayıb.

Rusiya Tobolsk dron hücumu

Mənbə: apa.az

Xəbər Lenti